Güləşçimiz finalda uduzdu
01.04.2022 - 22:12
Azərbaycan güləşçisi Elis Manolova Avropa çempionatının gümüş medalını qazanıb.
Apasport.az saytının məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən milliləşən idmançı finalda ukraynalı Tatyana Rijkoya uduzub.
Rəqib 4:0 hesabı ilə qələbə qazanıb.
Gümüş medal Manolovanın qitə birinciliyində qazandığı 4-cü mükafat olub. O, AÇ-lərdə 1 qızıl və 3 gümüş əldə edib.
Qeyd edək ki, Elisin medalı qadınlardan ibarət yığmamızın Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yeganə mükafatı olub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0