“Formula-1” üzrə altıqat dünya çempionu Luis Hamilton Böyük Britaniyanın ən varlı idmançısı elan olunub.
Apasport.az saytının məlumatına görə, “Tayms” nəşri “Mersedes” pilotunun varidatını 224 milyon funt sterlinqlə dəyərləndirib.
Bu, reytinqin 32 illik tarixinin yeni rekordudur. Bunadək rekord İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemə məxsus idi. “Mançester Yunayted” və “Real”da parlamış yarımmüdafiəçi 2013-cü ildə 200 milyon funt sterlinqlik varidata malik olub.
Luisin “Mersedes”də maaşı bonuslarla birlikdə 40 milyon funt sterlinq təşkil edib. Onun komandası ilə müqaviləsi 2020-ci ilin sonunda başa çatacaq. Onun karyerasını harada davam etdirəcəyi dəqiqləşməyib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək