Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsinin sədri, həmçinin Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Bakıda səfərdədir.
AMKF-dən apasport.az saytına verilən məlumata görə, WKF rəsmisi iyunun 4-də milli hakimlər üçün beynəlxalq seminar keçirəcək.
Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda H.Eskalanteyə assitentlik edəcək.
Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara internet yayımı ilə qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək