Birləşmiş Ərəb Əmirliklərinin paytaxı Abu-Dabidə qarışıq döyüş növləri üzrə UFC-242 gecəsi keçirilib.
APA-nın məlumatına görə, gecənin əsas döyüşündə yüngül çəki dərəcəsində dünya çempionu kəmərinin sahibi müəyyənləşib.
Abu-Dabidəki qarşılaşmaya qədər bu çəki dərəcəsində çempion adını daşıyan iki döyüşçü üz-üzə gəlib.
2018-ci ilin aprelində UFC-nin kəmərinə yiyələnən rusiyalı Həbib Nurməhəmmədov eyni adı bu ilin aprelində qazanan Dastin Porye ilə qüvvəsini sınayıb.
Bunadək keçirdiyi 27 döyüşün hamısında qalib gələn rusiyalı 3-cü raundda boğucu fəndlə qələbə qazanıb. O, amerikalı rəqibini keçici kəmərdən məhrum edərək ardıcıl 28-ci qələbəsini bayram edib.
Qeyd edək ki, H.Nurməhəmmədov bu döyüş üçün 6 milyon dollardan çox qonorar alacaq. Bunu onun atası Abdulmanap Nurməhəmmədov açıqlayıb. O döyüşdən öncə bildirib ki, oğlu 2 milyon dollar əldə etdiyi irlandiyalı Konor Makqreqorla döyüşdən 3-3,5 dəfə çox qazanacaq.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ