MMA üzrə UFC versiyasının yüngül çəki dərəcəsindəki dünya çempionu Həbib Nurməhəmmədovu əvəzləyəcək döyüşçü müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu UFC-nin prezidenti Dana Uayt açıqlayıb.
O, öz instaqram səhifəsində UFC249-un baş tutacağını elan edib. Uayt bildirib ki, gecənin əsas döyüşündə Toni Ferqyusonla Castin Qetji qarşılaşacaq.
Sonuncu koronavirus pandemiyası səbəbindən Rusiyanı tərk edə bilməyən Nurməhəmmədovu əvəz edəcək. Döyüşçülər təşkilatın müvəqqəti çempionu adı uğrunda mübarizə aparacaq. Uayt UFC249-un harada baş tutacağı ilə bağlı “hardasa Yer planetində keçiriləcək” ifadəsini paylaşıb.
Qeyd edək ki, UFC249 aprelin 18-də keçirilməlidir.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək