Beynəlxalq Gimnastika Federasiyası (FİG) qadın idmançılara baş geyimi ilə çıxış etməyə icazə verəcək.
Apasport.az saytının məlumatına görə, qurumun İcraiyyə Komitəsi belə yenilik barədə qərarla razılaşıb.
Bu, o halda mümkün olacaq ki, geyim bütün təhlükəsizlik qaydalarına cavab versin: “Bunun üçün geyim başa sıx oturmalıdır. İdmançının üzü tamam açıq qalmalıdır. Çıxış zamanı gimnast üçün təhlükə yaratmamalıdır. Həmçinin baş geyimi idman forması ilə eyni rəngdə olmalıdır”.
Söhbət ilk növbədə müsəlman ölkələrdə istifadə olunan hicabdan gedir. Qaydalara dəyişikliklər İcraiyyə Komitəsinin növbəti yığıncağında təsdiqlənəcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək