Hidayət Heydərov və Rüstəm Orucovdan medal şərhi: "Davamı sabah gələcək"
30.04.2022 - 18:30
“Çox sevinirəm ki, ikinci dəfə Avropa çempionu oldum”.
Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) deyib.
İkinci dəfə Avropa çempionu olan Heydərov sevincli olduğunu bildirib: “Çox sevincliyik. İnşallah, bu uğurun davamı sabah gələcək”.
Eyni çəkidə bürünc mükafata yiyələnən Rüstəm Orucov isə məşqçilərinə təşəkkür edib: “Məşqçilərimizə təşəkkür etmək istəyirəm. Masajistlərimizin, həkimlərimizin də bu uğurda rolu var. Hər biri sağ olsun”.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0