İngiltərə Futbol Assosiasiyası (FA) milli komandanın azarkeşlərinə müraciət edib.
Apasport.az saytının məlumatına görə, qurum II turun Şotlandiya ilə bugünkü qarşılaşmasında rəqibin himnini fitə basmamağı, hörmətlə yanaşmağı xahiş edib.
Londondakı “Uembli” stadionunda baş tutacaq görüş ərəfəsində azarkeşlərə xatırladılıb ki, FİFA 1872-ci ildə keçirilən İngiltərə - Şotlandiya matçını futbol tarixinin ilk beynəlxalq oyunu kimi tanıyır: “Baş məşqçi və komanda adından xahiş edirik ki, İngiltərəni oyundan əvvəl, gedişində və sonra düzgün qaydada dəstəkləyin. Bu, matçdan öncə himnlərə hörmətlə yanaşmağı da özündə əks etdirir. Biz evdə oynayırıq və komandanı tam dəstəkləyəcək azarkeşlər lazımdır”.
İngiltərə tərəfi Şotlandiyaya da həmrəylik jesti üçün təşəkkür edib. Belə ki, Çexiya ilə ilk görüşündən öncə diz çökməyən şotlandiyalılar İngiltərə ilə qarşılaşmada rəqiblə birlikdə bu aksiyaya qoşulmağa razılıq verib.
Qeyd edək ki, İngiltərə - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar