Beynəlxalq Boks Assosiasiyasının (İBA) Direktorlar Şurasının iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Ukraynadakı vəziyyət və Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələri müzakirə olunub.
Qərara alınıb ki, Rusiya və Belarus təmsilçiləri bütün beynəlxalq yarışlardan kənarlaşdırılsın. Bu, təkcə idmançılara deyil, hakim və rəsmi şəxslərə də şamil olunub. Vaxt azlığı və hüququ baxımdan istisna ola biləcək hallarda onlar neytral statusla yarışlara qatılacaq. Bu, hər iki ölkənin bayraqsız və himni səsləndirilmədən iştirakı deməkdir.
Bu iki ölkədə keçirilməli olan bütün turnirlər də ləğv edilib. Qərarlar verildiyi andan qüvvəyə minib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib