İdmançımız Qran-Pridə 7-ci oldu
21.11.2021 - 11:25
Fransanın Qrenobl şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pri yarışında qadınların mübarizəsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Yekaterina Ryabova da buz üzərinə çıxıb.
O, iki çıxışın yekununda 186,65 xal toplayıb. Yarışın qalibləri isə rusiyalı ulduzlar olub. Anna Şerbakova 229,69 xalla 1-ci, Alyona Kostornaya 221,85 xalla ikinci olub. İlk “üçlüy”ü yaponiyalı Vakaba Hiquçi qapayıb – 204,91.
Qeyd edək ki, yarışda iştirak üçün sifariş olunan 12 konkisürəndən 11-i buz üzərinə çıxıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0