İdmançımız dünyada 9-cu oldu
26.03.2022 - 01:00
Fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, Fransanın Monpelye şəhərindəki yarışın üçüncü günü qadınların sərbəst çıxışları ilə başa çatıb.
Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxışı 122,98 xalla qiymətləndirilib. O, iki proqramın yekununda 188,50 xal yığıb.
Ryabova bu nəticə ilə dünya çempionatını 9-cu yerdə başa vurub. Qısa proqramda 9-cu olan konkisürənimiz mövqeyini qoruyub.
Qeyd edək ki, martın 26-da kişilərin sərbəst proqramında daha bir təmsilçimiz Vladimir Litvintsev buz üzərinə çıxacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0