Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Panin-Kolemenkinin xatirəsinə həsr olunan turnirdə kişilərin mübarizəsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, idmançılar bu gün sərbəst proqramla çıxış edib.
Azərbaycan konkisürəni Vladimir Litvintsev uğursuzluqla üzləşib. Qısa proqramdan sonra 2-ci pillədə olan təmsilçimiz sərbəst çıxışda yalnız 4-cü yerlə kifayətlənib – 135,95.
Yekunda 223,42 xala malik Litvintsev mükafatçılar sırasına düşə bilməyib. 4-cü olan idmançımız rusiyalılar Andrey Mozalev (248,61), Roman Savosin (241,38) və Artyom Lejeyevdən (225,02) geri qalır.
Qeyd edək ki, qadınların yarışında qüvvəsini sınayan Yekaterina Ryabova 2-ci yeri tutub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək