Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi davam edir.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Bakı Boks Mərkəzində təşkil olunan yarışın ikinci günündə daha 56 görüş keçirilib.
46 kq, 50 kq, 57 kq, 63 kq, 66 kq, 70 kq və +80 kq çəki dərəcələrində qüvvəsini sınayan boksçular rinqə çıxıblar. Qələbə qazanan idmançılar mərhələ adlayıblar.
Birinciliyin üçüncü günündə 7 çəki dərəcəsində 51 döyüş olacaq. Görüşlərə saat 13:00-da start veriləcək.
Qeyd edək ki, yarışa martın 14-də final döyüşləri ilə yekun vurulacaq. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Onlar 14 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar