Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçiriləcək Karate1 Premyer Liqada çıxış edəcək heyəti müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, yığmamız turnirə 9 karateçi ilə yollanıb.
Kişilərin yarışında Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Turqut Həsənov, Pənah Abdullayev (hər ikisi 84 kq), Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), qadınların mübarizəsində isə İrina Zaretska (68 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, fevralın 18-20-də baş tutacaq Fujeira Karate1 Premyer Liqa turnirində 55 ölkədən 342 idmançı iştirak edəcək.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər