İrina Zaretskanın Slovakiya sınağı
25.03.2022 - 13:12
İrina Zaretskanın Slovakiya sınağı

Azərbaycan karateçiləri Slovakiyada 42-ci Qran-Pri turnirində iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandanın bir neçə üzvü martın 26-27-də keçiriləcək yarışa yollanıb.

Heyətdə ümumilikdə 11 idmançı yer alıb. 14-15 yaşlı yeniyetmələrin yarışında Veronika Qaşnikova (47 kq), 16-17 yaşlı qızlarda Aysu Əliyeva (53 kq), 21 yaşadək qızlar arasında Xumar Əlibəyova və Ayla Rzazadə (61 kq) mübarizə aparacaq. Fidan Teymurova və İnci Əzizova (50 kq), İlahə Qasımova və Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə və Renata Ərəbli (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) isə qadınların çıxışlarına qatılacaq.