İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüb.
Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.
Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, mundiala 8 nəfərlik heyətlə qatılan millimizin iki üzvü çıxışını medalla başa vurub. Onlardan 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan ümumkomanda hesabında 12-ci sırada qərarlaşıb. Oğlanlar arasında isə yığmamız 7-ci yeri tutub.
Mötəbər yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək