Beynəlxalq Cüdo Federasiyası (İJF) 2022-ci ildə keçirilən beynəlxalq yarışlarda ən çox medal qazanan ölkələrin siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması dünyada 3-cüdür.
Millimizin cüdoçuları müxtəlif yaş kateqoriyalarında 77 mükafat qazanıb. Bunlardan 27-si qızıl, 19-u gümüş və 31-i bürüncdür.
Cədvələ Fransa başçılıq edir – 205 medal (55 qızıl, 47 gümüş, 103 bürünc). 28 qızıl, 15 gümüş və 11 bürüncü olan Braziliya ikinci sırada qərarlaşıb.
Kişilərdən ibarət Azərbaycan millisi isə dünya birincisidir. Siyahıda lider olan komandamızın üzvləri 67 medal - 25 qızıl, 16 gümüş və 26 bürünc mükafat qazanıb. Fransa (24 qızıl, 20 gümüş və 41 bürünc) ikinci, Gürcüstan (14 qızıl, 12 gümüş, 19 bürünc) üçüncüdür.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib