Parisdə keçirilən “Böyük dəbilqə” turnirindən sonra cüdoçuların dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Fransa paytaxtındakı yarış Azərbaycan təmsilçilərinin də mövqeyinə təsir edib.
Yalnız finalda uduzan Uşanqi Kokauri (+100) 4 pillə irəliləyib. 2376 xala malik idmançımız 12-cidir.
Parisdə gümüş əldə edən digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) bir addımlıq irəliləyişə nail olub. O, 3920 xalla 5-cidir.
Məmmədəlidən başqa, “Top-10”da yer alan üç cüdoçumuzun mövqeyi dəyişməyib. 2992 xalla 4-cü olan Kəramət Hüseynov (60 kq) ən yaxşı təmsilçimizdir. Orxan Səfərov (66 kq) 3280 xalla 6-cı, Zelim Kotsoyev (100 kq) 3092 xalla 9-cudur.
İkinci “onluq”da qərarlaşan digər 4 təmsilçimizdən biri – Hidayət Heydərov (73 kq) 2580 xalla 11-ci sırada qalıbsa, üç cüdoçumuz geriləyib. Mövqeyi bir addım pisləşən Murad Fətiyev (81 kq) 2384 xalla 13-cüdür. 2570 xala malik İrina Kindzerska (+78 kq) və Rüstəm Orucov (73 kq) hərəyə 2 addım geriləməklə 14-cü sıraya yuvarlanıb.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar