“Bizim oyunçular mükafat, başqa komandaların və özlərinin nə qədər alması barədə soruşmur. Onları nəticə, Avropa çempionatındakı oyun və uğurlu çıxış maraqlandırır”.
Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko deyib.
O, AVRO-2020-də 1/4 finala yüksələn Ukrayna yığmasını gözləyən mükafatdan danışıb: “Bu göstərir ki, yığmamız üçün ən vacib olanı yaxşı çıxış etmək, ölkəmizi Avropada təmsil etməkdir. İnanın, onlar həmişəki kimi maksimal mükafat alacaq. Hamımız başa düşürük ki, UEFA-nın bizə çıxışımız üçün verdiyi vəsait yığmamız, oyunçularımız sayəsində mümkün olub. Dəqiq deyə bilərəm ki, futbolçularımız çox razı qalacaq. Hər şey şəffaf olacaq, vergilər də çıxılacaq. Ümid edirəm ki, bu məsələ oyunçularımızı narahat etmir”.
Qeyd edək ki, Ukrayna millisi bu gün 1/4 finalda İngiltərə ilə görüşəcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək