Azərbaycan yığmasının qadın güləşçisi Mariya Stadnik müstəqillik tariximizdə rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarında 50 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız bürünc medal qazanmaqla buna nail olub.
33 yaşlı güləşçi qatıldığı ardıcıl 4-cü Olimpiadada da medala yiyələnib. Pekin-2008-də 3-cü, London-2012 və Rio-2016-da isə 2-ci yeri tutan Stadnik Oyunlarda 4 mükafat qazanan ilk idmançımız olub. O, sərbəst güləşçi Xetaq Qazyumovu geridə qoyaraq, rekordu ələ keçirib. Qazyumov Pekin-2008 və London-2012-də bürünc, Rio-2016-da isə medala mükafata yiyələnib.
Qeyd edək ki, Mariya Stadnik həmçinin güllə atıcımız İradə Aşumovanın 4 Olimpiadada iştirak etmə rekordunu da təkrarlayıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək