Tokio-2020 Yay Olimpiya Oyunlarının mükafatçılarına veriləcək medalların tərkibi və fəxri kürsü ilə bağlı maraqlı məqamlar bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Təşkilat Komitəsinin nümayəndəsi Yuki Arata açıqlayıb.
O bildirib ki, medallar təkrar emal olunan elektronikadan hazırlanıb: “Biz 5 min ədəd medal hazırlamışıq. Onlar təkrar emal edilmiş ev elektronikasından düzəldilib. Söhbət smartfonlar, kompüterlərdən gedir. Bunların hamısını Tokio əhalisi toplayıb və bizə gətirib. Mükafatlandırmanın keçiriləcəyi fəxri kürsü də ekoloji baxımdan hazırlanıb. O, təkrar emal olunan plastikdən düzəldilib”.
Qeyd edək ki, Olimpiada iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək