Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidovun növbəti döyüşünün vaxtı və rəqibi bəlli olub.
APA-nın məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşünü noyabrın 30-da keçirəcək.
İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçu bu dəfə Tom Littli sınağa çəkəcək. 32 yaşlı böyük britanıyalı ilə superağır çəkidəki döyüş Monakoda baş tutacaq.
Peşəkar boksa 2011-ci ildən başlayan T. Littl indiyədək 17 döyüş keçirib. 3-ü nokautla olmaqla, 10 qələbə qazanan böyük britaniyalı 7 dəfə məğlub olub. Bunların 4-də isə nokauta düşüb. Ümumiyyətlə, iki ildir qələbə qazanmayan boksçu son 3 döyüşündə erkən məğlubiyyətlə üzləşib.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib