Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.
APA-nın məlumatına görə, G4 kateqoriyalı yarışın son günü 80 kq çəki dərəcəsində mübarizəyə qoşulan Olimpiya mükafatçısı bütün rəqiblərinə qalib gəlib.
İkiqat dünya çempionu fransalı İsmail Souhil, ispaniyalı Daniel Barrera və italiyalı Simon Allesionu yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetlə döyüşdən də qalib ayrılan Milad həlledici qarşılaşmada rusiyalı Anton Kramtçovu da məğlub edib.
O, bununla aktivinə 40 reytinq xalı da yazdırıb.
Beləliklə, 8 taekvondoçu ilə Qran-priyə qatılan Azərbaycan millisi turniri 2 medalla başa vurub. M. Harçeqanidən öncə Olimpiya çempionu Radik İsayev 3-cü yeri tutub.
Qeyd edək ki, Qran-prinin növbəti mərhələsi oktyabrın 18-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Yarışın final mərhələsi isə dekabrın 6-7-də Moskvada təşkil olunacaq.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ