Millinin baş məşqçisi təyin olundu – Namiq Abdullayev
21.09.2020 - 14:13
Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar reallaşıb.
Apasport.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti əvəzi Namiq Əliyev keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə, olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. Abdullayevdən əvvəl sərbəst güləş üzrə yığmaya Zəlimxan Hüseynov rəhbərlik edib.
Qurumun prezident əvəzi yunan-Roma güləşinin çalışdırıcısı Aleksandr Tarakanovla isə yola davam edəcəklərini açıqlayıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0