Şahmat üzrə “Grand Chess Tour”un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, FİDE beş turniri əhatə edəcək turda 10 qrosmeysterin çıxış edəcəyini açıqlayıb.
İştirakçılardan ikisi Azərbaycan şahmatçısıdır. Bunlar Şəhriyar Məmmədyarovla (2770) Teymur Rəcəbovdur (2765). Yalnız ABŞ və Rusiya ölkəmizlə eyni sayda təmsilçiyə malikdir.
Fabiano Karuana (2823) və Uesli So (2770) şimali amerikalıları, Yan Nepomnyaşi (2789) ilə Aleksandr Qrişuk (2777) qonşularımızı təmsil edəcək. Turda Maksim Vaşye-Laqrav (Fransa, 2784), Dinq Liren (Çin, 2791), Aniş Giri (Niderland, 2764) və son turnirlərdə Teymurun “qapazaltı”sına çevrilən Levon Aronyan (Ermənistan, 2781) mübarizə aparacaq.
Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək:
1. 3-15 iyun. Buxarest (Rumıniya). “Superbet Chess Classic”
2. 16-23 iyun. Paris (Fransa). “Paris Rapid & Blitz”
3. 5-12 iyul. Zaqreb (Xorvatiya). “Croatia Rapid & Blitz”
4. 9-16 avqust. Sent-Luis, Missuri (ABŞ). “St Louis Rapid & Blitz”
5. 16-28 avqust. Sent-Luis, Missuri (ABŞ). “Sinquefield Cup”
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək