Fransanın Monpelye şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün kişilər mübarizəyə başlayıb.
Azərbaycan təmsilçisi Vladimir Litvintsev də qısa proqramda bacarığını göstərib. Onun çıxışı 85,83 xalla qiymətləndirilib. O, günü 13-cü yerdə başa vurub.
Bu, idmançımıza sərbəst proqramda çıxış etmək hüququ verib. 30 iştirakçıdan yalnız 24-ü martın 26-da medallar uğrunda mübarizəni davam etdirəcək.
Qeyd edək ki, sabah Yekaterina Ryabova sərbəst proqramla mundialı başa vuracaq, Yekaterina Kuznetsova və Aleksandr Kolosovski dueti buz üzərində rəqslərdə yarışa start verəcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib