Fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, Fransanın Monpelye şəhərindəki yarışda buz üzərində rəqslərdə çıxış edən duetlər mübarizəyə başlayıb.
Azərbaycan təmsilçiləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovski də ritmik rəqsdə bacarığını göstəriblər. Duetimizin çıxışı 49,14 xalla qiymətləndirilib.
Konkisürənlərimiz uğursuzluqla üzləşərək 31 cütlük arasında 29-cu olub. Bununla da sərbəst proqramda çıxış edəcək 20 duet arasına düşməyən idmançılarımız Monpelye ilə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan idmançılarından Yekaterina Ryabova bu gün, Vladimir Litvintsev sabah sərbəst proqramda buz üzərinə çıxacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib