Niderland millisi Avropa çempionatlarının tarixində antirekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin Çexiya ilə matçında (0:2) meydandan qovulan Mateys de Liqt qitə çempionatının final mərhələlərində qırmızı vərəqə alan 4-cü niderlandlı olub.
Bu, turnirin tarixində yeni antirekorddur. Maraqlıdır ki, bütün qırmızı vərəqələr eyni rəqiblə matçlara təsadüf edib. Niderland yığması əvvəl Çexoslovakiya, sonra Çexiya ilə görüşlərdə belə cəzalar alıb.
De Liqtdən öncə Yohan Neeskenslə Villem van Haheqem AVRO-1976-da Çexoslovakiya, Conni Xeytinqa AVRO-2004-də Çexiya ilə matçda qırmızı vərəqə alıb.
Mateys milli karyerasında 2-ci dəfə belə ağır cəza alıb. O, “narıncılar”ın tarixində 2-ci intizamsızdır. Yalnız Edqar Davids daha çox – 3 dəfə meydandan kənarlaşdırılıb.
De Liqt həm də AVRO-2020-nin final mərhələsinin pley-offunda qırmızı vərəqə görən ən gənc oyunçudur. 21 yaş 319 günlük niderlandlı italiyalı Canluka Zambrottanı arxada qoyub. Sonuncu 23 yaş 131 günlüyündə cəzalanıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək