2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibliyinə daha bir namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-ni qəbul edəcək Qətər dördilliyin multiidman yarışına da ev sahibliyi etmək niyyətindədir.
Asiya təmsilçisi bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi məktub göndərib. Müraciətdə bildirilir ki, Qətər böyük idman tədbirlərinin təşkilində dünya səviyyəli reputasiyaya malikdir. Sənəddə ölkənin bu yöndə zəngin təcrübəsi və istəyi də qeyd olunub.
Qeyd edək ki, Qətərdən başqa Avstraliya, Hindistan, Çin, Cənubi və Şimali Koreya Olimpiada-2032-yə ev sahibliyi niyyətini açıqlayıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək