Qış Olimpiya Oyunlarının startı ərəfəsində ən çox çempionluq yaşayan ölkələrin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya Norveç başçılıq edir.
Skandinaviyalıların hesabında 132 qızıl medal var. ABŞ “100”ü arxada qoysa da, liderdən çox geri qalır. Almaniya millisi üçüncü pillədə qərarlaşıb. İlk “üçlüy”ü tarixin yaddaşına keçən SSRİ izləyir.
Qeyd edək ki, cədvəldə ölkələr sələflərinin varisi kimi deyil, ayrı-ayrılıqda, yarış zamanı adlandığı kimi göstərilib. SSRİ, MDB və Rusiya yığmaları üç ayrı komanda kimi göstərilib. Həmçinin AFR, ADR, Birləşmiş komanda və Almaniya dörd fərqli yığma olub. Eyni sözləri az medal qazanan bir sıra digər ölkələrə də şamil etmək mümkündür.
1. Norveç - 132
2. ABŞ - 105
3. Almaniya - 93
4. SSRİ - 78
5. Kanada – 74
6. Avstriya – 64
7. İsveç – 61
8. İsveçrə - 55
9. Rusiya – 47
10. Niderland – 45
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib