Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı xüsusi qaydalar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi koronavirus səbəbindən qeyri-adi yeniliklərə də əl atmağa hazırdır.
Hokkey yarışlarında iki çempion ola bilər. Yarımfinaldan sonra həm qızıl, həm bürünc medal uğrunda matça çıxacaq komandaların tərkibində 15-dən az yoluxmamış sahə oyunçusu və 2-dən az qapıçı olsa, qarşılaşmalar baş tutmadan medallar veriləcək. İki komandaya çempionluq, ikisinə üçüncülük təqdim olunacaq.
Əgər finalçılardan biri bu yolla sıradan çıxsa, 3-cü yer uğrunda görüşün qalibi digər finalçı ilə üz-üzə gələcək.
Qeyd edək ki, Olimpiada fevralın 4-20-də keçiriləcək.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər