Olimpiya Oyunlarında yenilik tətbiq ediləcək.
Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarından başlayaraq, dördilliyin mötəbər idman yarışında hər yığmaya bir deyil, iki bayraqdarla parada çıxmaq hüququ verilib.
Açılış və bağlanış mərasimlərinin hərəsinə iki bayraqdarla çıxacaq komandalarda bu vəzifəni fərqli cins nümayəndələri daşıyacaqlar. Bu yenilik Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi tərəfindən dəstəklənib. Bu addım gender bərabərliyinin qorunması məqsədilə atılıb.
İcraiyyə Komitəsi, həmçinin minimal iştirakçı sayı ilə bağlı qərar qəbul edib. Yarışa qatılacaq 206 ölkənin yığması, həmçinin qaçqınlar komandası ən azı iki idmançı – bir kişi və bir qadınla təmsil olunmalıdır.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib