Yay Olimpiya Oyunlarının keçirildiyi Yaponiyanın paytaxtı Tokioda Olimpiya kəndinin açılış mərasimi olub.
Apasport.az saytının məlumatına görə, bunu yarışın Təşkilat Komitəsi açıqlayıb.
Tokio körfəzinin sahilində yerləşən kəndin ərazisi 44 hektara yaxındır. Burada eyni vaxtda 18 min idmançı və olimpiya yığmalarının üzvləri yaşaya bilər. Olimpiada zamanı onlar 3800-ə yaxın mənzilə yerləşdiriləcək.
İdmançılar qatılacağı yarışdan 5 gün öncə kəndə gələcək və iştirakı başa çatdıqdan sonrakı 2 gün ərzində tərk edəcək. Kəndin ərazisində tibbi məntəqə 24 saat fəaliyyət göstərəcək. Koronavirus pandemiyası ilə mübarizəyə xidmət edən həkimlər idmançıları müayinə edəcək və yoluxma simptomlarına nəzarəti gerçəkləşdirəcək.
Azərbaycan yığmasının Tokioya yollanacaq ilk nümayəndə heyətini cüdoçular təşkil edəcək. Cüdoçularımız Tokioya iyulun 14-də və 18-də gedəcəklər. Olimpiya Oyunlarında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.
Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək