1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarının mükafatçısı Skott Miller həbs olunub.
Apasport.az saytının məlumatına görə, Avstraliya yığmasının sabiq üzgüçüsü Sidneydə təşkil olunan narkotik alverçiləri ilə bağlı polis reydi zamanı saxlanılıb.
45 yaşlı idman veteranı metilamfetaminin kommersiya satışında ittiham olunur. Millerin evindən 2 milyon Avstraliya dolları (2 milyon 651 min 400 manat) məbləğində maddə aşkarlanıb.
Vaxtilə narkotik istifadəçisi olduğunu etiraf edən Skott 2014-cü ildə müalicə kursu keçib. Onun sabiq həyat yoldaşı həmin il intihar edib.
Qeyd edək ki, Skott Atlanta-1996-da batterflyay üsulu ilə üzməkdə gümüş, estafetdə bürünc medal qazanıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək