Brisbendə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına yeni idman növü daxil edilə bilər.
Apasport.az saytının məlumatına görə, Avstraliyadakı yarışlar netbolun debütü ilə əlamətdar olması mümkündür.
Avstraliya Netbol Federasiyası bu idman növünün proqrama daxil edilməsi üçün rəsmi müraciət edəcək. “Yaşıl qitə” təmsilçiləri dünyanın 80 ölkəsində 20 milyondan çox adamın bu idman növü ilə məşğul olmasını əsas gətirir.
Qeyd edək ki, netbol basketbola bənzər idman növüdür. Əsasən qadınların oynadığı bu növdə topla hərəkət etmək qadağandır və hər idmançı topu səbətə ata bilməz. Hər komandada 7 nəfər yer alır.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək