Azərbaycan millisinin cüdoçusu Orxan Səfərov (66 kq) əməliyyat olunub.
Apasport.az saytının məlumatına görə, bunu Antalyada keçirilən “Böyük Dəbilqə” turnirində zədələnən 31 yaşlı idmançı özü bildirib.
Avropa çempionu feysbuk səhifəsindəki paylaşımında ilin əvvəlindən zədələrdən əziyyət çəkdiyini yazıb. O, məşqləri bərpa edəcəyi vaxtı da açıqlayıb: “İlin əvvəlindən gülünc zədələr məni təqib edir. Antalyadakı son yarışda olduğu kimi. Zədə səbəbindən medal uğrunda mübarizədən kənar qaldım. Həkimlərin göstərişi ilə dərhal əməliyyat olundum. İndi özümü yaxşı hiss edirəm, həkimlər deyir ki, 2-3 ay dincəlməliyəm. Daha tez sağalmağa çalışacağam”.
Qeyd edək ki, Orxan Səfərov “Böyük Dəbilqə” turniri zamanı zədələndiyi üçün 3-cü yer uğrunda qarşılaşmaya çıxmayıb və medalsız qalıb.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar