Gələn həftə start götürəcək Pekin-2022 Qış Olimpiya Oyunlarında 90 ölkədən olan idmançılar iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, onlardan beşi 4 il öncəki analoji yarışa qatılmayanlardır.
Bunlar Amerika Samoası, Haiti, Peru, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqodur. Bu ölkələrdən ikisi ümumiyyətlə Qış Olimpiadasında debüt edəcəksə, digərləri müəyyən fasilədən sonra qayıdışını rəsmiləşdirəcək. Haiti və Səudiyyə Ərəbistanı ilk dəfə belə yarışa qatılacaq.
Əvəzində 7 ölkə iştirakçılar siyahısını tərk edib. 4 il əvvəl Qış Olimpiadasına qatılan Bermud adaları, Keniya, KXDR, Sinqapur, CAR, Toqo və Tonqa bu dəfə kənarda qalacaq. Keniya yarışa bir lisenziya qazansa da, Pekində iştirakdan boyun qaçırıb.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar