Sabah qadın güləşi üzrə yığmamız Polşaya yollanacaq.
Apasport.az saytı xəbər verir ki, millimiz Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Qitə birinciliyində ölkəmizi baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Tatyana Varansova (53 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, aprelin 20-də qadın güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Mariya Stadnik, Elis Manolova və Səbirə Əliyeva, aprelin 22-də isə Tatyana Varansovayla İrina Netreba mübarizəyə start verəcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək