Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba unikal rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu AVRO-2020-nin 1/8 final mərhələsində İsveçrə ilə matçda buna nail olub.
Komandasının 3-cü qolunun müəllifi olan Poqba ardıcıl dördüncü böyük turnirdə fərqlənən ilk fransalı futbolçu kimi tarixə düşüb. O, DÇ-2014, AVRO-2016, DÇ-2018 və AVRO-2020-də toru silkələməyi bacarıb.
Matçın 57 və 59-cu dəqiqələrində fərqlənən Kərim Benzema isə Avropa çempionatları tarixinin ən sürətli ikinci dublunu reallaşdırıb. Ona iki top vurmaq üçün 103 saniyə kifayət edib. Onu yalnız isveçli sabiq hücumçu Henrik Larsson qabaqlayır. Larsson AVRO-2004-də Bolqarıstanla qarşılaşmada 71 saniyəyə dubl edib.
İsveçrə isə bu görüşdə 3 qol vurmaqla öz tarixində yeni rekord müəyyənləşdirib. Qrup mərhələsində Türkiyə üzərində 3:1 hesablı qələbə qazanan isveçrəlilər 1954-cü ildəki dünya çempionatından bəri ilk dəfə böyük turnirin iki oyununda ən azı 3 qol vurmağı bacarıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək