Bu gün Azərbaycan xalqı üçün xüsusi gündür.
Apasport.az saytının məlumatına görə, bu gün Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etdiyini elan edib.
Məhz elə bu gün Moskvada keçirilən Qran-pri yarışında sərbəst güləş yığmamız biri qızıl, ikisi gümüş və ikisi bürünc olmaqla 5 medal qazanıb. Komandamızın böyük məşqçisi Zəlimxan Hüseynov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına verdiyi açıqlamada bu medalları Azərbaycan xalqına həsr etdiklərini bildirib və Şuşanın azad olunması münasibəti ilə xalqımızı təbrik edib.
Qran-pridə qızıl medal qazanan Şamil Zubairov da təəssüratlarını bölüşüb: "Bu yarışda ilk dəfə 97 kq-da mübarizə apardım. Olimpiya çəkisində uğur qazandığım üçün çox sevinirəm. Azərbaycan xalqı bu günü həm də bayram kimi qeyd edir. Hamı Şuşanın işğaldan azad olunmasına çox sevinir. Fürsətdən istifadə edib, mən də təbriklərə qoşuluram və qazandığım bu medalı Azərbaycana və Azərbaycan xalqına həsr edirəm".
Qeyd edək ki, Olimpiya çəkiləri üzrə keçirilən yarışda 97 kq-da qüvvəsini sınayan Şamil Zubairov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal əldə edib. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) isə Qran-prini üçüncü pillədə başa vurub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək