“Bu mənim üçün qazandığım ən güclü turnir idi. Yarışda “Top-10”luqdan 7 şahmatçı iştirak edirdi”.
Apasport.az saytının məlumatına görə, bu fikirlər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məxsusdur.
36 yaşlı şahmatçı “2021 Superbet Chess Classic” turnirinin qalibi olması ilə bağlı feysbuk səhifəsində paylaşım edib. O bildirib ki, indiyədək heç bir həmyerlimiz belə yarışı qazanmayıb: “Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Məmmədyarov rəsmi qurumlardan təbrik almadığını da qeyd edib: “Ümid edirəm ki, təbrik almamağıma baxmayaraq, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlar da sevinir”.
Qeyd edək ki, Şəhriyar 9 turdan 6 xal toplamaqla birinci olub.
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib