Qran-Pridə iştirak edəcək - Azərbaycanın iki idmançısı
05.10.2020 - 18:22
Beynəlxalq Konkisürmə İttifaqı (İSU) fiqurlu konkisürmə üzrə Qran-Pri turnirlərində iştirakçıların tam siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yeni mövsümdə iki idmançı ilə təmsil olunacaq.
Bunlar Yekaterina Ryabova və Vladimir Litvintsevdir. Onlar noyabrın 20-22-də Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq 5-ci mərhələdə qüvvəsini sınayacaq. Bu mərhələdə qadınların yarışında 10, kişilərin mübarizəsində 10 konkisürən buz üzərinə çıxacaq.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0