Qran-priyə buraxılmayan cüdoçularımızın və məşqçilərimizin adı açıqlandı
27.01.2022 - 20:05
Qran-priyə buraxılmayan cüdoçularımızın və məşqçilərimizin adı açıqlandı

Portuqaliya Qran-prisində iştirak etmək üçün Almada şəhərinə yollanan Azərbaycan millisinin bəzi üzvlərində PCR testin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmayıblar.

Azərbaycan Cüdo Federasiyasından apasport.az saytının məlumatına görə, ikinci dəfə götürülən testdən sonra nəticələri neqativ olan aşağıdakı idmançılar sabah başlayan yarışda ölkəmizin idman şərəfini 5 idmançı qoruyacaq.

Tatamiyə Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Adil Kərimli (100 kq), Uşanqi Kokauri, İmran Yusifov (hər ikisi + 100 kq) çıxacaqlar.

Aşağıdakı heyət üzvləri qeyd edilən səbəblərdən yarışda iştirak edə bilməyəcəklər:

66 kq
Yaşar Nəcəfov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib

73 kq
Nəriman Mirzəyev - Bakıda 24 yanvarda verilən testin nəticəsi pozitiv olduğu üçün Portuqaliyaya göndərilməyib

Zaməddin Poladov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib

81 kq
Zelim Tçkayev - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, Portuqaliyada ilk test neqativ, ikinci test pozitiv olduğu üçün yarışa buraxılmayıb

90 kq
Rüfət İsmayılov - Bakıda 24 yanvarda verilən testin nəticəsi neqativ olub, lakin texniki səbəbdən Portuqaliyaya göndərilməyib

48 kq
Aydan Vəliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

Şəfəq Həmidova - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

52 kq
Səbinə Əliyeva - 21 və 24 yanvarda verilən testlərin nəticəsi neqativ olub, Portuqaliyada ilk test pozitiv olduğu üçün yarışa buraxılmayıb.

Bundan başqa, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət milli yığmanın böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi pozitiv olduğu üçün yarışa buraxılmayıblar.