Azərbaycanda yeni idman ailəsinin təməli qoyulub.
Apasport.az saytının məlumatına görə, yığmamızın şahmatçıları Nicat Abasov və Xəyalə Abdulla ailə həyatı quracaq.
Bunu xanım şahmatçı sosial şəbəkədəki səhifəsində paylaşıb. Qrossmeysterlər cütlüyü bununla bağlı Bakının Nəsimi rayonu Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbəsinə müraciət edib və nikaha giriblər. Qeydiyyata koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən maska ilə yollanan şahmatçılar toy mərasimlərini karantin rejimindən sonra keçirməyi planlaşdırır.
Qeyd edək ki, hazırda FİDE reytinqində Abasov 2464 xalla 75-ci, Abdulla 2263 xalla 259-cudur.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək