Rafiq Hüseynov tarixə düşdü
04.04.2022 - 00:32
Rafiq Hüseynov Azərbaycan yunan-Roma güləşində rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan bu nailiyyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında rəsmiləşdirib.
O, klassik güləşdə 3 qat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. Hüseynov Dortmundda (2011), Romada (2020) və Budapeştdə (2022) qızıl medala yiyələnib.
Güləşçinin hesabında qitə birinciliyinin bürünc medalı da var. Rafiq 2018-ci ildə Kaspiyskdə 3-cü olub.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0