AVRO-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin daxil olduğu nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb. Görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.
Qeyd edək ki, E.Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Güneşlə də görüşüb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək