Atletika üzrə dünya çempionatının mükafat fondu açıqlanıb.
APA-nın məlumatına görə, sentyabrın 27-dən oktyabrın 6-dək Qətərin paytaxtı Dohada baş tutacaq yarışın ümumi mükafatları 7,53 milyon dollar təşkil edəcək.
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) fərdi növlərdə qalib olan hər idmançıya 60, gümüş mükafatçıya 30, bürünc medalın sahibinə 20 min dollar verəcək. Estafet yarışlarında bu rəqəmlər müvafiq olaraq 80, 40, 20 min dollar təşkil edəcək. Dünya rekordu vuracaq idmançı isə 100 min dollar mükafat alacaq.
Qeyd edək ki, yarışda Azərbaycan yığması da iştirak edəcək. Türkiyə millisində çıxış edən həmyerlimiz Ramil Quliyev isə 200 m məsafəyə qaçışda qızıl medala əsas namizədlərdəndir.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ