Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində böyük uğura imza atan Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Vətənə dönüb.
Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
Mötəbər yarışda Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Təmsilçilərimizdən Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Digər cüdoçularımız - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə nüfuzlu yarışı bürünc medalla başa vurublar.
Azərbaycanın yeniyetmələrdən ibarət millisi ümumi komanda hesabında Rusiya yığmasından sonra 2-ci yeri tutub. Cüdoçularımız İsrail, Fransa, Almaniya, Ukrayna, Gürcüstan, Belçika, İsveçrə və İtaliya kimi böyük cüdo ənənələri olan ölkələri qabaqlayıblar.
Qeyd edək ki, 37 ölkənin komandalarının mübarizə apardığı qitə birinciliyinə milli komandamız 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılmışdı.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar