Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı keçiriləcək.
Apasport.az saytı xəbər verir ki, iki gün davam edəcək məsul yarışda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçi təmsil edəcək.
Bu gün keçiriləcək yeniyetmələrin yarışında Musa Ağayev (60 kq) və Hüseyn Əliyev (70 kq) uğur qazanmağa çalışacaq. Sabah isə Rübail İbrahimli (70 kq) və Fərid Cabbarov (80 kq) gənclər arasında mübarizə aparacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstanın Katerini şəhərində keçirilmiş Avropa çempionatında Musa və Fərid qızıl, Hüseyn gümüş, Rübail isə bürünc medal qazanıb.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar