Beynəlxalq Velosipedçilər İttifaqı (USİ) Rusiya və Belarus idmançıları ilə bağlı qərarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, bu ölkələrin təmsilçiləri yığma səviyyəsində beynəlxalq yarışlarda öz bayraqları altında çıxış edə bilməyəcək.
Bu cəzaya Ukraynadakı vəziyyət səbəb olub. Bu, velosiped idmanının bütün növlərinə - veloşosse, velotrek, BMX və mauntinbayka şamil edilir.
Rusiya komandaları UCİ statusundan məhrum olub və heç bir yarışda iştirak edə bilməyəcək. Bu ölkənin ərazisindəki bütün yarışlar da beynəlxalq təqvimdən çıxarılıb.
Rusiyalı velosipedçilər beynəlxalq arenada yalnız xarici klubların heyətində qatıldıqları peşəkar yarışlarda çıxış edə biləcək. Pavel Sivakov “İNEOS Grenadiers” və Aleksandr Vlasov “BORA Hansgrohe”nin heyətində dünya turuna qatılacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib